Tarixin ən güclü 10 braziliyalı futbolçusu kimlərdir? - SİYAHI

Tarixin ən güclü 10 braziliyalı futbolçusu kimlərdir? - SİYAHI

Britaniyanın nüfuzlu “FourFourTwo” jurnalı tarixin ən güclü 10 braziliyalı futbolçusunun siyahısını tərtib edib.

"Mediasport" xəbər verir ki, üçqat dünya çempionu, "Futbol kralı" Pelenin adı birinci pillədə yer alıb.

Digər əfsanəvi "sambaçı"lar - Ronaldo Nazario ikinci, Qarrinça isə üçüncü sırada qərarlaşıb.

Maraqlıdır ki, Braziliya milli komandasının heyətində ən çox qol vurmuş Neymarın adı siyahıya daxil edilməyib.


Tarixin ən güclü 10 braziliyalı futbolçusu


1. Pele

2. Ronaldo

3. Qarrinça

4. Ronaldinyo

5. Romario

6. Rivaldo

7. Ziko

8. Sokrates

9. Jairzinyo

10. Kaka