Türkiyə Futbol Federasiyası Montella ilə bağlı QƏRAR verdi

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçenso Montella ilə bağlı qərarını açıqlayıb.
"Mediasport" xəbər verir ki, italyan mütəxəssislə müqavilənin müddətini uzadılıb.
51 yaşlı çalışdırıcı 2028-ci ilin iyul ayına qədər "ay-ulduzlular"ın baş məşqçisi olacaq.
Qeyd edək ki, Montella Türkiyə yığmasına 2023-cü ilin sentyabrından rəhbərlik edir.