Azərbaycanı Türkiyədə təmsil edəcək idmançılar müəyyənləşdi

  Azərbaycanı Türkiyədə təmsil edəcək idmançılar müəyyənləşdi

Türkiyədə yelkən idmanı üzrə "Pro Sailing Optimist Cup" beynəlxalq reqatası keçiriləcək.

"Mediasport" xəbər verir ki, Azərbaycan yarışda 5 idmançı ilə təmsil olunacaq.

Furkan Mustafayev, Kamal Bəşirli, Səma Mansurzadə, Amira Bayramova və Kamilla Həsənova reqatada mükafatçılar sırasında yer almağa çalışacaqlar.

Komandanın rəhbəri Burcu Alqon Corciani, məşqçisi isə Panaqiotis Papadakisdir.

Komandamız mayın 30-dan etibarən Urla şəhərində yarışa hazırlıq məqsədi ilə təlim-məşq toplanışına başlayacaq.