Kriştiano Ronaldodan 1000-ə doğru növbəti qol... - VİDEO
Dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldo karyerasında 979-cu qolunu vurub.
"Mediasport" xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda oynayan 41 yaşlı superulduz 6-cı turun "Abha" ilə görüşündə fərqlənib.
Portuqaliyalı hücumçu 22-ci dəqiqədə baş zərbəsi ilə hesabı açıb, komandası yekunda rəqibi darmadağın edib - 4:1.

