Əfsanəvi Anri "Qarabağ" haqda maraqlı açıqlaması ilə gündəm oldu

Dünya futbolunun canlı əfsanələrindən Tyerri Anri "Qarabağ" haqda maraqlı açıqlama verib.
"Mediasport" xəbər verir ki, ABŞ-nin "CBC Sports" kanalında ekspert kimi çalışan Fransa millisinin sabiq futbolçusu Ağdam klubunun "Benfika" səfərində sürpriz edə biləcəyini vurğulayıb.
"Bu axşam iki komandadan sürpriz gözləyirəm. Biri "Qarabağ", digəri isə "Olimpik"dir (Marsel). Bu iki komandanın səfərdən 1 xalla qayıdacağını düşünürəm".
Xatırladaq ki, bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində Lissabonda baş tutacaq "Benfika" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.