Zubir: "Ümid edirəm ki, Bakıya uğurlu nəticə ilə qayıdarıq"

"Burada olmaq xoşdur. Rəqibə qarşı oynamışam. Çox əzmkar və iddialı komandadır".
"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir deyib.
Ağdam klubunun mərakeşli kapitanı UEFA Çempionlar Liqasında Macarıstanın "Ferensvaroş" kollektivi ilə pley-off mərhələsinin ilk oyunu haqda düşüncələrini bölüşüb:
"Ferensvaroş" çox əzmkar, iddialı komandadır. Artıq bu rəqibi tanıyırıq. Onlara qarşı oynamışıq. Həftə ərzində onlara qarşı yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, Bakıya uğurlu nəticə ilə qayıdarıq".
Sabah Budapeştdə baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 23:00-da başlanacaq.