"Sabah" tarixində ilk dəfə Azərbaycan Kubokunu qazandı

Azərbaycanın cari peşəkar futbol mövsümünə yekun vurulub.
"Mediasport" xəbər verir ki, finiş Sumqayıtda Azərbaycan Kubokunun finalı ilə reallaşıb.
Yarışın rekordçusu, kubokun son qalibi "Qarabağ" tarixində ilk mükafatı qazanmağa çalışan "Sabah"la qarşılaşıb.
Masazır təmsilçisi əlavə vaxtda vurduğu qolla tarixində ilk dəfə Azərbaycan Kubokunu qazanıb.
Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv kubokda indiyədək 8 dəfə zirvəyə qalxmışdı.
1992-ci ildən keçirilən yarışda 9 klub qalib adına sahib çıxıb: “Qarabağ” - 8, “Neftçi” - 6, “Kəpəz” - 4, “Xəzər Lənkəran”, “Bakı” - 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” - 2, “İnşaatçı” B., “Şəfa” - 1.
Azərbaycan Kuboku. Final
“Qarabağ” - “Sabah” 2:2 əlavə vaxt - 0:1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Fərid Hacıyev
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.