"Aston Villa" fırtınası": 111 ildən sonra öz rekordunu təkrarladı
İngiltərənin "Aston Villa" klubu tarixinin rekordunu təkrarlayıb.
"Mediasport" xəbər verir ki, dünən Premyer Liqada "Çelsi" səfərindən də 3 xalla (2:1) qayıdan Birmingem təmsilçisi 1914-cü ildəki göstəricisini yeniləyib.
Bu, Unay Emerinin komandasının bütün turnirlər daxil ardıcıl 11-ci qələbəsi olub.
Hazırda 39 xalla turnir cədvəlində 3-cü olan kollektiv bu qalibiyyətlərdən 3-nü UEFA Avropa Liqasında əldə edib.
