Yenə "Turan Tovuz" lider oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci turun oyunlarını stadionlardan izləyən azarkeş sayı açıqlanıb.
"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Turan Tovuz” yenidən lider olub.
Tovuz şəhər stadionunda “Qəbələ” ilə görüşü 4800 azarkeş tribunadan izləyib.
Ən az azarkeş isə Qəbələ stadionunda “Araz-Naxçıvan” – “İmişli” oyununda qeydə alınıb.
Premyer Liqada 1-ci turun azarkeş sayı
"Turan Tovuz" – "Qəbələ" 1:0 (4800 tamaşaçı)
"Araz-Naxçıvan" – "İmişli" 0:0 (300 tamaşaçı)
"Sabah" – "Kəpəz" 2:0 (1132 tamaşaçı)
"Sumqayıt" – "Neftçi" 1:3 (1350 tamaşaçı)
"Zirə" – "Şəfa" 2:0 (800 tamaşaçı)
"Qarabağ" – "Şamaxı" 3:1 (1215 tamaşaçı)


