Avropa çempionatı: Azərbaycanın daha dörd cüdoçusu tatamiyə çıxır

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir.
"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə 4 cüdoçumuz mübarizə aparacaq.
Turnirdə Azərbaycan cüdoçularından Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı. Oğlanların mübarizəsi
-90 kq, 1/16 final
Aslan Kotsoyev - Levente Kiss
-100 kq, 1/16 final
Davud Namazlı - İvan Titinkin
+100 kq, 1/8 final
Ramazan Əhmədov - Yannis Antoniu
Qızların mübarizəsi
+78 kq, 1/8 final
Nigar Süleymanova - Emma-Melis Aktaş