İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu oldu!
Azərbaycan paracüdoçusu İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionluğunu qazanıb.
"Mediasport" xəbər verir ki, 46 yaşlı idmançı buna Almaniyanın Heydelberq şəhərində keçirilən qitə birinciliyində nail olub.
J1 kateqoriyasında +95 kq çəkidə mübarizə aparan ikiqat Paralimpiya çempionu finalda ispaniyalı Qarros Suaresi ipponla məğlub edib.
Qeyd edək ki, bu AÇ-də daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal əldə ediblər.


