Yığma komandalarımız Avropa çempionatında 5 və 18-ci oldular

Xorvatiyanın Osiyek şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, 10 m məsafəyə tapança ilə atəş açma yarşlarına yekun vurulub.
Azərbaycan təmsilçiləri - Xanna Əliyeva və Ruslan Lunyov 572 xalla təsnifatda 5-ci yeri tutublar.
Zeynəb Sultanova ilə Elvin Astanov dueti isə 566 xalla 18-ci olub.