Yuri Vernidubun Azərbaycanda alacağı maaş müəyyənləşdi

Yuri Vernidubun Azərbaycanda alacağı maaş müəyyənləşdi

"Neftçi"nin baş məşqçisi olacaq Yuri Vernidubun Azərbaycanda alacağı maaş müəyyənləşib.

"Mediasport" xəbər verir ki, hazırda Bakıda olan ukraynalı mütəxəssisin aylıq qazancı 50 min dollar (85 min manat) olacaq.

O, Azərbaycan Premyer Liqasının ən yüksək ödənişli iki məşqçisindən biri olacaq.

Bu dəqiqələrdə "Sabah"la davam edən görüşü stadiondan izləyən 59 yaşlı çalışdırıcı paytaxt təmsilçisi ilə 1,5 illik müqavilə bağlayacaq.

Rəsmi anlaşmanın sabah açıqlanacağı gözlənilir.

Yuri Vernidubla əməkdaşlıq nəticələrin qənaətbəxş olacağı fonunda uzadılacaq.

Onun qarşısına ilkin olaraq çempionluğa oynayan sabit və avrokuboklara vəsiqə əldə edəcək komanda formalaşdırmaq hədəfi qoyulub.

O, son dəfə bu il işləyib - ölkəsində "Krivbas"ın baş məşqçisi olub.