400-dən çox cüdoçu birincilik uğrunda mübarizə aparacaq
Sumqayıtda U-14 və U-17 yeniyetmələr arasında Abşeron-Xızı bölgəsi üzrə region birincilikləri keçiriləcək.
"Mediasport" xəbər verir ki, 13-14 iyunda baş tutacaq yarışlarda ümumilikdə 406 cüdoçu mübarizə aparacaq.
Turnirlərin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.
U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.


