2025-ci ilin ən dəyərli qapıçılarının reytinq cədvəli açıqlandı - SİYAHI

 2025-ci ilin ən dəyərli qapıçılarının reytinq cədvəli açıqlandı - SİYAHI

“Transfermarkt” portalı 2025-ci ilin ən dəyərli qapıçılarının adlarını açıqlayıb.

"Mediasport" xəbər verir ki, İngiltərənin “Mançester Siti" klubunda forma geyinən Canluici Donnarumma 1-ci sırada qərarlaşıb.

FİFA tərəfindən ilin ən yaxşı qolkiperi seçilən italyan 45 milyon avro dəyərlə bütün rəqiblərini qabaqlayıb.


2025-ci ilin ən dəyərli qapıçıları


1. Canluici Donnarumma (“Mançester Siti” / İngiltərə) - 45 milyon avro

2-3-4-5. Dioqu Koşta (“Portu” / Portuqaliya) - 40 milyon avro

Qreqor Kobel (“Borussiya” Dortmund / İsveçrə) - 40 milyon avro

Bart Verbrüggen (“Brayton” / Niderland) - 40 milyon avro

Lüka Şevalye (PSJ / Fransa) - 40 milyon avro

6. Mile Svilar (“Roma” / Serbiya) - 35 milyon avro

7. David Raya (“Arsenal” / İspaniya) - 32 milyon avro

8. İnyaki Penya (“Barselona” / İspaniya) - 30 milyon avro

9-10. Qulyelmo Vikario (“Tottenhem” / İtaliya) - 28 milyon avro

Anatoli Trubin (“Benfika” / Ukrayna) - 28 milyon avro