Xədicə Qurbanzadə Avropa çempionatında gümüş medal qazandı

 Xədicə Qurbanzadə Avropa çempionatında gümüş medal qazandı

Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında final görüşünə çıxıb.

"Mediasport" xəbər verir ki, 49 kq çəki dərəcəsində yarışan idmançı həlledicidueldə Olena Koluba (Ukrayna) ilə qarşılaşıb.

Rəqibinə 0:10 hesabı ilə uduzan təmsilçimiz qitə birinciliyini gümüş medalla başa vurub.

Yarımfinala vəsiqə qazanan Nuray Cəfərli (46 kq), Fatimə Bayramova (53 kq) və Simurə Abdullayeva (69 kq) məğlub olaraq üçüncülük görüşlərinə şans əldə edib.

Güləşçilərimiz sabah bürünc medal üçün mübarizə aparacaqlar.