AFFA-nı söyən Gəncə klubunun rəhbərinə 10 oyunluq cəza verildi

AFFA-nı söyən Gəncə klubunun rəhbərinə 10 oyunluq cəza verildi

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "VT Gəncə" komandasının prezidenti Hacıbala Əzimova ciddi cəza verib.

"Mediasport" xəbər verir ki, klub rəhbəri 10 oyunluq sanksiyaya məruz qalıb.

Buna "Xocalı" ilə matçda yaşananlar səbəb olub.

Klub rəsmisi qarşılaşmada AFFA-nı və hakimləri təhqir edib.