İlk turun oyun proqramı açıqlandı - Azərbaycan Premyer Liqası

İlk turun oyun proqramı açıqlandı - Azərbaycan Premyer Liqası

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün 1-ci turunun proqramı açıqlanıb.

"Mediasport" xəbər verir ki, tur 4 oyun gününü əhatə edəcək və 14, 15, 16 və 17 avqust tarixlərində keçiriləcək.

Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah” klubunun rəsmi müraciətini, “Kəpəz” klubunun rəsmi razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən klublar arasında baş tutacaq 1-ci və 2-ci dövrə oyunlarının yerini dəyişib.


Azərbaycan Premyer Liqası. 1-ci tur


14 avqust (cümə)

19:30. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu, 19:30


15 avqust (şənbə)

18:30. “Araz-Naxçıvan” – “İmişli”

Qəbələ şəhər stadionu

20:45. “Sabah” – “Kəpəz”

“Bank Respublika Arena”


16 avqust (bazar)

19:00. “Sumqayıt” – “Neftçi”

“SOCAR Polymer Arena”

21:00. “Zirə” – “Şəfa”

Zirə İdman Kompleksinin stadionu


17 avqust (bazar ertəsi)

19:30. “Qarabağ” – “Şamaxı”

Tofiq Bəhramov adına Respublika stadionu