AFFA-nın Hesabat Konfransının tarixi müəyyənləşdi
AFFA-nın növbəti Hesabat Konfransının tarixi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, bununla bağlı qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Konfransın aprelin 3-də keçirilməsi qərara alınıb.
Xatırladaq ki, dünən AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
