"Neftçi" revanş üçün getdi
UEFA Avropa Konfrans Liqasında təmsilçilərimizdən "Neftçi" 2-ci təsnifat mərhələsinin cavab matçı üçün Bolqarıstana yollanıb.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" sabah Stara Zaqora şəhərində Belarusun "Dinamo" (Minsk) klubunun qonağı olacaqlar.
Bakılılar bu gün görüşün keçiriləcəyi "Beroe" stadionunda son məşqinə çıxacaqlar.
Qarşılaşma sabah Bakı vaxtı ilə 21:00-da başlanacaq.
Xatırladaq ki, ötən həftə Bakıda baş tutan dueli rəqib qazanıb (4:2).






