AFFA rəsmisi "Qalatasaray"ın ÇL oyununda matç direktoru olacaq
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən növbəti dəfə təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək "Qalatasaray" (Türkiyə) - "Union" (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən "Ali Sami Yen" stadionunda baş tutacaq.
