Albaniyadan gəlib Azərbaycan çempionu ilə müqavilə bağladı

Albaniyadan gəlib Azərbaycan çempionu ilə müqavilə bağladı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında debüt edəcək "Xankəndi" növbəti transferini reallaşdırıb.

"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi qapıçı Elməddin Məmmədovu heyətinə qatıb.

31 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

O, son mövsümü Albaniyanın 1-ci Liqa klubu “Poqradeçi”də keçirib.

Karyerası ərzində bir neçə ölkədə legioner həyatı yaşamış Məmmədov “Lüftetari”, “Yedinstvo Bihaç”, “Muras Yunayted”, “Alqa Bişkek”, “Araz-Naxçıvan”, “TC Sports Club”, “Spartak” Tsxvinali və “St.Endryus" klublarında forma geyinib.