"Qəbələ" onunla yollarını ayırdı

 "Qəbələ" onunla yollarını ayırdı

“Qəbələ” İdman Klubu və futbolçu Elşad Tağıyev arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Mediasport" xəbər verir ki, bu barədə “Qəbələ” Futbol Klubu məlumat yayıb.

Yarımmüdafiəçi 2024/2025 mövsümündən “qırmızı-qaralar”ın şərəfini qoruyurdu.

O, cari mövsüm komandanın heyətində 11 rəsmi matçda meydana çıxıb.