Antalyada “Çempionlar” turnirində 25 güləşçimiz mübarizə aparacaq

Sabah Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turnirinə start veriləcək.
"Mediasport" xəbər verir ki, üç gün davam edəcək yarışda ölkəmizi yunan-Roma güləşi üzrə U-20 milli komandası təmsil edəcək.
Ənənəvi turnirdə böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 25 güləşçimiz mübarizə aparacaq:
Elvin İbadov, Turan Daşdəmirov, Xalid Ələsgərov (hamısı 55 kq), Ayxan Cavadov, Vədat Qasımlı, Səid Xəlilov, Əmrah Əmrahov (hamısı 60 kq), Tural Əhmədov, Məhəmməd Qasımzadə (hər ikisi 63 kq), Roman Kərimov, Elşən İslam (hər ikisi 67 kq), Fəraim Mustafayev, Seymur Qasımov, Kamran Rəcəbli, Əli Məlikov (hamısı 72 kq), Davud Məmmədov, Cavad Məmmədov (hər ikisi 77 kq), Cavidan Nəhmətov, Elmin Əliyev, Elvin Osmanlı (hamısı 82 kq), Orxan Hacıyev, Abdullah Həsənov (hər ikisi 87 kq), İsmayıl Rzayev (97 kq), Məzaim Mərdanov və Museyi-Kazım Hüseyn (hər ikisi 130 kq).
Yarışda II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyevlə Kamran Baxışov ədaləti qoruyacaq.