Azərbaycan millisinin qapıçısının yeni komandası müəyyənləşdi

Azərbaycan millisinin qapıçısının yeni komandası müəyyənləşdi

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin yeni klubu məlum olub.

"Mediasport" xəbər verir ki, 34 yaşlı qolkiper karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

O, keçmiş klubu "Araz-Naxçıvan"la bir illik müqavilə bağlayıb.

Qeyd edək ki, Hüseynli bir neçə gün əvvəl Qazaxıstanın "Astana" klubundan ayrılıb.