"Araz-Naxçıvan"da yeni müqavilə

Ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində yer alan Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə imzalanıb.
"Mediasport" xəbər verir ki, müdafiəçi 2025/2026 mövsümünü "qırmızı-ağlar”ın heyətində keçirəcək.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.