Avarçəkənlərimizdən "Prezident Kuboku"nda daha 5 medal

Avarçəkənlərimizdən "Prezident Kuboku"nda daha 5 medal

Azərbaycan avarçəkənləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Prezident Kuboku-2025" beynəlxalq reqatasının ikinci yarış günündə 5 medal qazanıblar.

"Mediasport" xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan reqatada bu gün müxtəlif məsafələr üzrə kayak-kanoe və akademik növlərdə mübarizə baş tutub.

Günün ilk yarışında Əlimurad Hacızadə (2011-2012) birnəfərlik kayak qayığı ilə 500 metr məsafədə bürünc medal qazanıb.

Hacızadə (2009-2010) ilə Mustafa Vəlizadə/Elmir Tarverdiyev (2011-2012) cütü eyni məsafəyə yarışda ikinci, Sənan Cəfərzadə/Tahir Mövsümov cütü (2011-2012) üçüncü olub.

Nurlan Paşayev (2006-2007) isə akademik avarçəkmədə gümüş medala yiyələnib.

Qeyd edək ki, avarçəkənlərimiz turnirin ilk günündə üç bürünc mükafat əldə etmişdilər.

Yarışa sabah yekun vurulacaq.