Avarçəkənlərimiz Plovdivdəki Dünya Kubokunda yarışacaq

  Avarçəkənlərimiz Plovdivdəki Dünya Kubokunda yarışacaq

Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun ikinci mərhələsi keçiriləcək.

"Mediasport" xəbər verir ki, Plovdivdə baş tutacaq yarışda ölkəmizi Ziya Məmmədzadə və Nurlan Paşayev təmsil edəcək.

12-14 iyunda baş tutacaq turnirdə hər iki avarçəkən yüngül çəkidə yarışacaq.