Azərbaycan millisi “Samsun Draqon Festivalı”nda yarışacaq

Azərbaycan millisi “Samsun Draqon Festivalı”nda yarışacaq

Azərbaycan avarçəkənləri “Samsun Draqon Festivalı”nda mübarizə aparacaq.

Bu barədə "Mediasport"a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib.

İdmançılarımız ilk dəfə olaraq “Draqon” qayıqlarında beynəlxalq turnirdə iştirak edəcəklər. Türkiyənin Samsun şəhərində təşkil olunacaq yarış mayın 23-25-də keçiriləcək.

Azərbaycan millisi “Samsun Draqon Festivalı”nda 11 oğlan idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, avarçəkmənin bu növü son illərdə populyarlıq qazanıb.

Ölkəmizdə keçirilən “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirlərinin açılış mərasimi zamanı idmançılarımız “Draqon” qayıqlarında nümunəvi çıxışlar nümayiş etdiriblər.