Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatdı - FOTOLAR

Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatdı - FOTOLAR

Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, iştirakçılar yarışın ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda qaliblər diplom və medallarla mükafatlandırılıblar. Fərqlənən avarçəkənlər Azərbaycanda keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar.

MDB Oyunlarında avarçəkmə yarışları "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyıb.