FOTO: Azərbaycan millisi Avropa çempionatına qələbə ilə start verdi

FOTO: Azərbaycan millisi Avropa çempionatına qələbə ilə start verdi

Azərbaycan millisi "airbadminton" üzrə Avropa çempionatına inamlı qələbə ilə başlayıb.

"Mediasport" xəbər verir ki, B qrupunda yer alan millimiz ilk oyunda Xorvatiya yığması ilə qarşılaşıb.

4 kateqoriya üzrə keçirilən qarşılaşmada rəqibindən üstün təsir bağışlayan badmintonçularımız 60:33 hesablı qələbə qazanıb.

Millimiz B qrupunda növbəti oyununu Niderland seçmə kollektivinə qarşı keçirəcək.

Avropa Oyunları Parkında keçiriləcək oyun saat 18:00-da başlayacaq.