Hacı Əliyev Azərbaycan millisinin böyük məşqçisi oldu - RƏSMİ

Hacı Əliyev Azərbaycan millisinin böyük məşqçisi oldu - RƏSMİ

Sərbəst güləş üzrə aşağı yaş qrupları üzrə milli komandaların tərkibi yenidən formalaşıb.

Azərbaycan Güləş Federasiyasından "Mediasport"a verilən məlumata görə, Arif Abdullayev böyüklərdən ibarət milli komandanın məşqçilər heyətinə cəlb edilib. 

U-20 milli komandanın böyük məşqçisi vəzifəsinə Əşrəf Əliyev təyin edilib. Rövşən Hacıyev və Nazim Əlicanovla yanaşı, Əsgərxan Novruzov da bu komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək.

U-17 milli komandanın böyük məşqçisi vəzifəsi Hacı Əliyevə həvalə edilib. Məşqçilər heyətində Qırxlar Bədəlov, Allahverdi Vəliyev və Yaşar Əliyev də yer alıb.

U-15 milli komandada böyük məşqçi vəzifəsini isə Emin Əzizov icra edəcək. Bu komandada digər məşqçilər Elşad Allahverdiyev və Əliabbas Rzazadə olacaq. Abil İbrahimov isə məşvərətçi-məşqçi statusuyla milli komandaya dəstək verəcək.