Vyetnamda Dünya Seriyasında millimizin 4 idmançısı yarışacaq

 Vyetnamda Dünya Seriyasında millimizin 4 idmançısı yarışacaq

Azərbaycanın çimərlik güləşçiləri mayın 9-10-da Vyetnamın Dananq şəhərində böyüklər arasında Dünya Seriyasının ilk mərhələsində iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında yarışda Azərbaycan Rübail İbrahimli (70 kq), Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kq) və Əşrəf Aşırov (90 kq) ilə təmsil olunacaq.

Kişilərin yarışında dörd çəki üzrə 14 ölkədən 40 idmançının iştirakı nəzərdə tutulur.

Sabah qrup mərhələsinin ilk iki turu baş tutacaq. Növbəti gün isə sonuncu tur, yarımfinal və medal görüşləri keçiriləcək.