İdmançılarımız 2 medal qazandılar

  İdmançılarımız 2 medal qazandılar

Qazaxıstanın Çimkənd şəhərində atletika üzrə 35-ci Qosanov Memorialına start verilib.

"Mediasport" xəbər verir ki, Dünya Atletikasının Kontinental Turunun bürünc səviyyəli yarışının ilk günündə idmançılarımızdan İlahə Quliyeva 400 metr məsafəyə qaçışda 55.18 saniyə nəticə göstərərək gümüş medala layiq görülüb.

Cabir Əliyev isə uzunluğa tullanma növündə 7.38 metr nəticə ilə bürünc medal qazanıb.