Azərbaycan idmançısı Olimpiya Oyunlarında mübarizəyə başlayır
Azərbaycan idmançısı Vladimir Litvintsev İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır.
"Mediasport" xəbər verir ki, təmsilçimiz fiqurlu konkisürmə üzrə qısa proqramda gücünü sınayacaq.
Milan şəhərində yerləşən "Mediolanum Forum" arenasında keçiriləcək yarış Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Digər idmançımız Anastasiya Papatoma isə fevralın 15-də dağ xizəyi üzrə nəhəng slalom (giant slalom), 3 gün sonra slalom növündə yarışacaq.
Qeyd edək ki, olimpiada fevralın 22-də yekunlaşacaq.
