“Dünya çempionatından öncə sonuncu önəmli yarışımızdır"

“Dünya çempionatından öncə sonuncu önəmli yarışımızdır"

İndiyədək bir çox təlim-məşqlərdə iştirak etmişik. Ümumi hazırlığımız yaxşı keçir. Avropa çempionatına hazırıq".

"Mediasport" xəbər verir ki, bunu qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Amina Abdellatif deyib.

Mütəxəssis yığmanın Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatına hazırlığı barədə danışıb.

O, yaxşı nəticələrin əldə olunacağına inandığını qeyd edib:

“Yarışlara hər zaman medal ümidi ilə gedirik. Bakıdakı dünya çempionatından öncə sonuncu önəmli yarışımızdır. Təbii ki, qarşımıza medal qazanmaq məqsədi qoymuşuq”.

Xatırladaq ki, qitə birincilyi aprelin 16–19-da təşkil olunacaq.