Dünya Kuboku: Azərbaycan millisinin 9 atıcısı yarışacaq

Bu gün Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku start götürəcək.
"Mediasport" xəbər verir ki, iyunun 15-dək davam edəcək yarışda Azərbaycan millisi 9 idmançı ilə yarışacaq.
Komandamızın heyətində Ramiz Xəlilov, Hacı Musayev, Sofiya Barxalova, Zeynəb Sultanova, Xanna Əliyeva, Nigar Nəsirova, Ruslan Lunyov, Vladislav Kalmıkov və Leyli Əliyeva hədəf önünə keçəcəklər.