Azərbaycan idmançısı Dünya Kubokunda gümüş medal qazandı

Azərbaycanın parapauerliftinqçisi Zəhra Dadaşova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançımız gümüş medal qazanıb.
O, ikinci yeri ən yaxşı qaldırmada 80 kq nəticə ilə tutub.