Azərbaycan taekvondoçuları Avropa çempionatında 1-ci oldu
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında uğurla çıxış ediblər.
Azərbaycan Taekvondo Federasiyasından "Mediasport"a verilən məlumata görə, idmançılarımız 6 medal qazanıblar.
Aydan Hüseynova (36 kq, "İrəvan"), Rada Əsəd (44 kq, "Mübariz") qızıl, İslam Quluzadə (33 kq, "Alpman"), Gökalp Çilingir (40 kq, Nərimanov RİK), Renad Zülfiqarlı (+57 kq, "Alov") gümüş, Əkbər Tağıyev (+30 kq, "Atlet") bürünc mükafata sahib çıxıb.
Azərbaycan təmsilçiləri ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub və kubokun sahibi olublar.


