Azərbaycan İslam Oyunlarını 59 medalla 10-cu yerdə başa vurdu

 Azərbaycan İslam Oyunlarını 59 medalla 10-cu yerdə başa vurdu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarışlara yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycan idmançıları son yarış günündə 4 medal qazanıblar.

Komandamız Oyunları ümumilikdə 59 medalla 10-cu sırada tamamlayıb.

Medallardan 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafat olub.

57 ölkənin təmsil olunduğu İslamiadada 1-ci yeri Türkiyə, ikinci yeri Özbəkistan, üçüncü yeri isə İran komandası tutub.