Alfonso almaniyalı, Səidcəmşid yaponiyalı boksçu ilə qarşılaşacaq

İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı keçirilir.
"Mediasport" xəbər verir ki, bu gün iki boksçumuz rinqə çıxacaq.
Alfonso Dominqes (90 kq) almaniyalı Yasse Kisslə qarşılaşacaq.
Səidcəmşid Cəfərov (75 kq) yaponiyalı Dayqo Sunaqa ilə üz-üzə gələcək.
Nicat Hüseynov (55 kq) 1/8 finalda Bilguunsayxan Xarxuya (Monqolustan), Murad Allahverdiyev (80 kq) Filip Akilovla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.
Xatırladaq ki, hər iki boksçumuz 1/8 final döyüşünə sentyabrın 9-da çıxacaq.