Azərbaycan millisinin keçmiş məşqçisi dünyasını dəyişdi

 Azərbaycan millisinin keçmiş məşqçisi dünyasını dəyişdi

Azərbaycanın ilk cüdo məşqçilərindən biri olan Əziz-Ağa Əhmədov vəfat edib.

"Mediasport" xəbər verir ki, milli komandamızın ilk məşqçilərindən olmuş mütəxəssis 80 yaşında dünyasını dəyişib.

Azərbaycan Cüdo Federasiyası bildirib ki, məşqçinin uzun illər gənc idmançıların yetişməsində böyük xidmətləri olub.

Onlardan dəfələrlə dünya və Avropa mükafatçısı, sambo üzrə 4 qat dünya və 5 qat Avropa çempionu, əməkdar idman ustası Natiq Bağırov, dəfələrlə Azərbaycan və ümumittifaq turnirlərin qalibləri İsmət İskəndərov, Asif və Arif Yusifovlar, Arif Qasımov, Azərbaycanın əməkdar məşqçiləri Ruzbeh və Rauf Vəliyevlər, Etibar Bağırov, Azərbaycanın əməkdar rəssamı Müseyib Əmirov, Avropa çempionatının gümüş mükafatçısı Tərlan Poladov, SSRİ Xalqlarının VIII Spartakiadasının mükafatçısı İlham Cəfərov, İrsil Xaimov, Əkbər Kərimov, Anatoli Kaxaneviç, Mirəli Seyidov və başqalarının adlarını çəkmək olar.