Azərbaycan təmsilçiləri Sofiya turnirində bürünc medal qazandı

 Azərbaycan təmsilçiləri Sofiya turnirində bürünc medal qazandı

Azərbaycanın fiqurlu konkisürənləri Samanta Ritter və Daniel Brikalov ikilisi Bolqarıstanda keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

Azərbaycan Qış İdmanı Növləri Federasiyasından (AQNİF) "Mediasport"a verilən məlumata görə, Sofiyada baş tutan yarışda ölkəmizi buz üstündə rəqs növündə təmsil edən cütlük bürünc medal qazanıb.

Təmsilçilərimiz “Sofia Trophy” turnirində 11 tandem iştirakçı arasında 171,75 xal toplayıb.