Azərbaycan təmsilçisi "Styaua" klubuna "quru hesab"la uduzdu

 Azərbaycan təmsilçisi "Styaua" klubuna "quru hesab"la uduzdu

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunda ilk matçına çıxıb.

"Mediasport" xəbər verir ki, Bakı klubu 1/32 final mərhələsinin ilk dueli çərçivəsində Rumıniyada "Styaua" ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin "quru hesab"lı qələbəsi ilə yekunlaşıb - 3:0 (25:21, 25:20, 25:20).

Tərəflər arasında cavab oyunu noyabrın 20-də Bakıda keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşacaq görüş saat 18:00-da başlanacaq.