Duran ilk oyununda qol vurdu

Duran ilk oyununda qol vurdu

"Qarabağ"dan ayrılaraq Şotlandiyanın "Seltik" klubuna keçən Kamilo Duran ilk oyununda fərqlənib.

"Mediasport" xəbər verir ki, kolumbiyalı vinger Portuqaliya nəhəngi "Sportinq"lə yoxlama matçında qol vurub.

Şotlandlarla 5 illik müqavilə bağlayan cənubi amerikalı 69-cu dəqiqədə rəqib qapısına yol tapıb.

Görüş Lissabon təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Duran Ağdam klubundan "Seltik"ə 6,5 milyon avro qarşılığında transfer olunub.