Transfer dövrünün tarixləri bilindi
Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümü üçün "transfer pəncərələri"nin vaxtı bəlli olub.
"Mediasport" xəbər verir ki, yay transfer dövrü 19.06.2026-10.09.2026 (saat 23:59) tarixlərini əhatə edəcək.
Qış transfer dövrü isə 14.01.2027-10.02.2027 (saat 23:59) tarixləri aralığında baş tutacaq.
31 mart 2027-ci il azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.


