Azərbaycanlı pilot Portuqaliya turnirinin qalibi adını qazandı

 Azərbaycanlı pilot Portuqaliya turnirinin qalibi adını qazandı

Azərbaycanlı pilot Davin Cəfərov növbəti uğurunu qazanıb.

"Mediasport" xəbər verir ki, o, Portuqaliyada keçirilən “TAG Livre Portuguese Trophy” kartinq turnirinin qalibi olub.

Həmyerlimiz “KIRO - Karting International West Region” trekində təşkil olunan yarışda bütün rəqiblərini geridə qoyub.

Yarışda Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan pilotlar mübarizə aparıblar.