Yusifovdan Çində bürünc medal
Çinin Sindao şəhərində cüdo üzrə Qran-Pri turniri keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycanın ilk medalının sahibi Əhməd Yusifov olub.
O, üçüncülük uğrunda mübarizədə fransalı Enzo Janı məğlub edərək bürünc medala sahib çıxıb.
Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycanın 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində mübarizə aparır.


