Balaş Qasımovdan ATMACA: "Bəlkə "Sabah" 1 il müddətinə adını dəyişib "Qarabağ" olsun?" - FOTO

Balaş Qasımovdan ATMACA: "Bəlkə "Sabah" 1 il müddətinə adını dəyişib "Qarabağ" olsun?" - FOTO

Azərbaycan futbolunda maraqlı hadisələr bir-birini əvəz edir.

"Mediasport" xəbər verir ki, xüsusilə "Sabah" klubunun ətrafında dolaşan neqativlər, qalmaqallar idman ictimaiyyətindən kənarda da müzakirə edilir.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin "Sabah" klubunun adının çox da uğurlu olmaması ilə bağlı statusu birmənalı qarşılanmayıb.

İTV-nin direktoru, AFFA-nın vitse-prezidenti Balakişi Qasımov sabiq deputatın paylaşımına ironik və atmacalı cavab yazıb:

"Bəlkə belə bir qayda tətbiq edək ki, çempion olan komanda bir il müddətinə adını dəyişib “Qarabağ” olsun? O zaman həm hisslər yerində olar, həm də siyasət".

Qeyd edək ki, Qasımov həm də qeyri-rəsmi olaraq "Sabah" klubunun bir nömrəli rəhbəri sayılır.