"Bayern"dən "Beşiktaş"a - RƏSMİ
"Beşiktaş" "Bayern"in qapıçısı Aleksandr Nübeli transfer edib.
"Mediasport" xəbər verir ki, İstanbul nəhəngi Almaniya millisinin üzvü ilə 3 illik müqavilə imzalayıb.
Nübel son üç mövsümdə icarə əsasında "Ştutqart"da çıxış edib.
29 yaşlı çərçivə qoruyucusu 2025/26 mövsümündə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 60 qol buraxıb.
O, 14 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
"Beşiktaş" 2025/2026 mövsümü başa çatdıqdan sonra Kassum Uattaranı, İlhan Fakılını, Doğan Alemdarı və Salih Özcanı transfer edib.


